Ermənistan Azərbaycan ordusunun zərbəsini etiraf etdi

Xebervar

Adətən, Qarabağdakı itkilərini gizlətməyə çalışan işğalçı Ermənistan bu dəfə Azərbaycan Müdafiə Nazirliyinin məlumatını təsdiqləmək məcburiyyətində qalıb. Qarabağdakı separatçı rejimə istinad edən erməni mediası mayın 15-i saat 16.30-da Azərbaycanın idarəolunan raketi tərəfindən hərbi texnikanın hədəfə alındığını və sıradan çıxdığını təsdiqləyib.Məlumatda məhv edilən “hərbi texnika” barədə müfəssəl xəbər verməyə lüzum bilməyən düşmən çox güman ki, Ermənistandakı etirazlardan çəkinərək canlı qüvvənin məhvini gizlətməyə çalışıb.“Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın “OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib”-Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.