-“Dostluğumuza çox həssas yanaşıram…” – Mehriban ƏliyevaBu gün Səməd Vurğun adına Azərbaycan Dövlət
Rus Dram Teatrının səhnəsində Xalq Yazıçısı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun “Maqsud hər kəsə gülümsəyir” adlı xatirə gecəsi keçirilib.Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva mərasimdə iştirak edib.Maqsud İbrahimbəyovun sevdiyi melodiya – “Adajio Albinoni” ilə başlanan xatirə gecəsində teatrın baş rejissoru, Xalq Artisti Aleksandr Şarovski görkəmli kinodramaturqun yaradıcılığından söz açdı.Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva mərasimdə çıxış edib:“Uzun illər ərzində
Rus Dram Teatrının səhnəsində Maqsud İbrahimbəyovun əsərlərinin personajlari canlandırılıb. Bu axşam bu teatrda böyük yazıçı Maqsud İbrahimbəyovun yaxınları, doğmaları, dostları, onun istedadının pərəstişkarları toplaşıblar ki, bu böyük insana öz dərin məhəbbət və hörmətini bildirsinlər. Sözsüz ki, Maqsud müəllimin istedadının pərəstişkarlarının sayı bu zalda əyləşənlərdən xeyli çoxdur.Maqsud İbrahimbəyovun yaradıcılığı nəinki Azərbaycan mədəniyyətini və incəsənətini zənginləşdirib, həm də
dünya mədəni irsinə layiqli töhfələr verib. Təsadüfi deyil ki, hörmətli Maqsud müəllimin əsərləri demək olar 30 dilə tərcümə edilib.Maqsud müəllim qeyri-adi dərəcədə parlaq və çoxşaxəli şəxsiyyət idi. Dramaturq və kino xadimi, PEN-klubun prezidenti və parlamentin deputatı, parlaq həmsöhbət və parlaq polemist. Həqiqətən, bir insanda bu qədər qeyri-adi istedad və bacarıq cəmləşəndə adamlar deyirlər ki, bu “Allah vergisi”dir. Doğrudan da bu, Allah vergisidir. Lakin, ilk növbədə Maqsud İbrahimbəyov böyük yazıçı idi. Mənim nəslim – məhdud sərhədlərdə və məkanca ideoloji çərçivələrdə böyüyən nəsil üçün bədii ədəbiyyat varlığımızın olduqca zəruri tərkib hissəsi idi. Kitablar bizim üçün ən müxtəlif cəhətli bilik mənbəyi idi. Bədii ədəbiyyatın qiraəti bizə sərhədləri genişləndirməyə, süni maneələri aradan qaldırmağa imkan verirdi, bir çox “lal suallara” cavab tapmaqda kömək edirdi. Ən başlıcası isə yüksək bədii söz bizi tamamilə məcburiyyətsiz, ehkamsız, patetikasız tərbiyə edirdi, əxlaq və mənəviyyatın bünövrəsini qoymağa kömək edirdi. Düşünürəm ki, bu, istər peşəkarlıq fəaliyyətində, istərsə də şəxsi həyatında hər bir insana bütün ömrü boyu zəruri bünövrədir. Bax, böyük ustad Maqsud İbrahimbəyov belə bir zamanda yaşayıb və yaradıb.Oxumağa dəyər: Ermənistanda hərbçilərin çayda boğulmasına görə hərbi hissə komandiri işdən azad edilibOnun nəsri dinamik, bəzən kədərli, bəzən də dramatik idi. Amma həmişə çox səmimi və dərin fəlsəfi məna ilə zəngin idi. Maqsud müəllim sanki ən adi detallarda dərin məna tapa və onu sadə, anlaşıqlı və
aydın dildə çatdıra bilirdi.Əminəm ki, onun yaradıcılığına bir dəfə müraciət edən hər kəs sonra dəfələrlə onun əsərlərinə qayıdır, özləri üçün yeni nə isə tapırdılar. Onun hər bir əsəri zamanın ruhunu əks etdirməkdən başqa, həm də düşünməyə – həyatın mənası, hər kəsin bu həyatda görəcəyi işlər barədə düşünməyə vadar edirdi. Bu isə, heç şübhəsiz, yalnız həqiqi, böyük istedada nəsib olur.Maqsud İbrahimbəyov öz əsərlərini
rus dilində yazırdı. Bununla yanaşı, o, əsl Xalq Yazıçısı olub və olaraq qalır. Onun hər bir əsəri, bütün yaradıcılığı doğma torpağa, doğma mənbələrə, doğma köklərə böyük məhəbbətlə aşılanıb. Onun sevimli Bakı şəhəri isə çox vaxt, demək olar, əsərlərinin əsas iştirakçısı idi.